09:15 30-12-2015
news_image
1938
TOP OYUNLARI

Natalya Məmmədova hələ də borcunu ala bilməyib: Bu işlə vəkilim məşğul olur

“Omiçka” tərəfindən hələ mənə pul ödənilməyib. Bu klubla məsələmiz həll olunmayıb. Vəziyyət əvvəlki kimi qalmaqdadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının sabiq voleybolçusu Natalya Məmmədova deyib.

 

Hazırda İsveçrənin “Volero” klubunda çıxış edən hücumçu sabiq komandası “Omiçka”nın onun borcunu hələ də tam ödəmədiyini bildirib.

 

Avropa Voleybol Konfederasiyası bu məsələyə görə sentyabrda Rusiya klubunu transfer hüququndan məhrum etməklə yanaşı, digər sanksiyaların da tətbiq olunacağını istisna etməmişdi. Lakin Omsk təmsilçisi Məmmədovaya 28 min avro məbləğində borcu hələ də ödəmək niyyətində deyil.

 

Bununla bağlı Rusiya mətbuatına danışan ulduz voleybolçu qeyd edib ki, problemin nə vaxt yoluna qoyulacağını bilmir: “Omsk klubunda rəhbərlik dəyişikliyi oldu, bütün oyunçular komandadan ayrıldılar. İndi orda gənclər çıxış edirlər. Özüm də bilmirəm ki, bu problem nə vaxt həll olunacaq. Bu işlə vəkilim məşğul olur”.

 

Qeyd edək ki, Məmmədova “Omiçka”dan “Volero”ya ötən il keçib.