10:23 30-12-2015
news_image
586
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov ili 20-ci pillədə başa vurdu

Dohada şahmatçılar arasında keçirilən “Qatar Masters Open” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov mükafatçılar sırasına düşə bilməyib.

 

Qrossmeysterimiz IX turda rusiyalı Sənan Syuqirova uduzmaqla, ilk “onluq”dan da kənar qalıb. Aktivində 5,5 xalı olan həmyerlimiz yekun nəticədə 20-ci yeri tutub.

 

Çempion isə Maqnus Karlsen olub. Norveçli şahmatçı 7 xalla birinci yeri tutub. İkinci yerdə qərarlaşan Yanqyi Yu (Çin) də Karlsenlə eyni xal toplasa da, əlavə göstəricilərdə ondan geri qalıb. İlk “üçlüyü” isə 6,5 xalla Vladimir Kramnik (Rusiya) tutub.