14:51 30-12-2015
news_image
12356
TOP OYUNLARI

“Uşaqlıq xəyalıma Azərbaycanda çatdım” - Monteneqro millisinin hücumçusu

“Telekom”un məşqçiləri məni hələ Serbiyadan tanıyırdılar. Onlar məndən Azərbaycanda oynamaq istəyib-istəmədiyimi soruşdular. Təklif mənə də maraqlı gəldi. Onu qəbul etmək mənim üçün çətin olmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Kseniya İvanoviç deyib.

 

Monteneqro millisinin hücumçusu Azərbaycana gəlişindən danışıb. O bildirib ki, “Telekom” seçdiyi və Zoran Qayiç kimi baş məşqçinin rəhbərliyi altında oynadığı üçün çox xoşbəxtdi: “Bu addım özünü doğruldur və mən Azərbaycanda xoşbəxtəm. Çempionlar Liqasında oynamaq uşaqlıq xəyalım idi ki, indi buna nail olmuşam. Qayiç dahi məşqçidi, mən onunla birgə çalışıram. O, bizi gündən-günə inkişaf etdirir. Burada oynamaq çox maraqlıdı”.

 

29 yaşlı İvanoviç Azərbaycan haqda da xoş sözlər söyləyib: “Biz nəhəng idman qurğularında oynayırıq. Azərbaycanda hər şey əladı. Evlər, küçələr, təhsil müəssisələri yüksək səviyyədədi, gündən-günə də inkişaf edir”.

 

Almaniya mətbuatına danışan hücumçu “Telekom”a gəlincə çıxış etdiyi bu ölkə üçün bir az darıxdığını da vurğulayıb: “Nə vaxsa yenidən “Visbaden” klubunda çıxış edəcəyimi düşünürəm”.

 

Qeyd edək ki, İvanoviç mövsümün əvvəlindən “Telekom”a keçib.