18:21 30-12-2015
news_image
10985
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanın ən güclüləri müəyyənləşdi

Boks üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, beş gün davam edən yarışdan sonra 10 çəki dərəcəsində mükafatçılar məlum olub.

 

Finalda da bir sıra gözlənilməz nəticələr qeydə alınıb. 
81 kq çəki dərəcəsində "Baku Fires" klubunun üzvü Soltan Migitinov qələbəyə namizədlərdən sayılsa da, London Olimpiadasının iştirakçısı Orxan Mayıllıya uduzub. 


56 kq çəki dərəcəsində "Gilan"ın üzvü Tural Əhmədovun Ümid Rüstəmova yenilməyi də gözlənilməz nəticələrdəndi. 


2011-ci ilin Avropa çempionu Salman Əlizadə uğursuzluq zolağından çıxa bilmir. O, bu dəfə finalda Araz İmaməliyevə məğlub olub. 


Ümumkomanda hesabında "Gilan" 1-ci, "Rabitə" 2-ci, "Baku Fires" klubu isə 3-cü yeri tutub.

 

Azərbaycan çempionları: 
49 kq: Araz İmaməliyev 
52 kq: Məsud Yusifzadə 
56 kq: Ümid Rüstəmov 
60 kq: Elməddin İsmayılov 
64 kq: İman Əhmədli 
69 kq: Elnur Süleymanov 
75 kq: Nikolay Veselov 
81 kq: Orxan Mayıllı 
91 kq: Rahil Məmmədli 
+91 kq: Kamran Mehdiyev

 

Xatırladaq ki, ölkə çempionatında millimizin 1-ci nömrələri çıxış etməyib.