23:20 30-12-2015
news_image
1394
DİGƏR NÖVLƏR

AzVİF 2015-ci ilə yekun vurdu - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyası 2015-ci ildə keçirilmiş şosse yarışlarının nəticəsinə əsasən, öz yaş qrupunda reytinq sıralanmasına başçılıq edən velosipedçiləri xüsusi "çempion" köynəyi və xatirə hədiyyələri ilə təltif edib. Federasiyadan apasport.az saytına verilən məlumata görə, mövsümün yekunu olaraq U-15, U-17 və gənclər kateqoriyasında 1-ci yerə 8 saylı İdman Olimpiya Məktəbinin yetirmələri layiq görülüb.

 

U-15
David Proherkus - 86 xal (8 saylı OEQİUGM)

 

U-17
Mikayıl Səfərli - 81 xal (8 saylı OEQİUGM)

 

Gənclər
Kənan Qəhrəmanlı - 134 xal (8 saylı OEQİUGM)

 

Qeyd edək ki, adları çəkilən idmançılar 2016-cı ildə keçiriləcək bütün ölkədaxili yarışlarda "çempion" köynəyi ilə yarışacaqlar.