10:43 05-01-2016
news_image
815
TOP OYUNLARI

Bakı klubundan ayrıldı, Puerto-Rikada özünə komanda tapdı - FOTO

“Azərreyl”dən ayrılan Hali Ekerman özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 2015/2016 mövsümünün əvvəlində Bakı klubuna transfer olunan, dekabrda komandadan ayrılan amerikalı hücumçu karyerasını Puerto-Rikada davam etdirəcək.

 

23 yaşlı Ekerman artıq “Ponse” ilə rəsmi müqaviləyə imza atıb. Ən azı mövsümün sonuna kimi bu komandada qalacaq voleybolçu bildirib ki, sabiq klubuna döndüyü üçün çox sevinclidi: “Artıq hər şey tam rəsmiləşib. Yenidən “Ponse”yə qayıtmışam və Puerto-Rika çempionatında meydana çıxmağımı səbirsizliklə gözləyirəm”.

 

Qeyd edək ki, Ekerman “Azərreyl”ə məhz “Ponse”dən gəlmişdi.