13:13 05-01-2016
news_image
823
DİGƏR NÖVLƏR

“Qəbələ”nin may planı

Qəbələdə növbəti beynəlxalq yarışın keçiriləcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” Atıcılıq Klubu ardıcıl 3-cü dəfə stend növləri üzrə Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turniri ev sahibliyi edəcək.

 

Artıq yarışın tarixi də dəqiqləşib. Turnir mayın 6-da start götürüb, 14-də başa çatacaq.

 

Kişilərin mübarizəsində qaliblər 6 min ABŞ dolları irəli düşəcək. Kişilərdən fərqli, qadınlar 1000 dollar az qazanacaqlar. Mükafat fonduna əsasən, ikinci yerin sahibi 5, 3-cü pilləyə yüksələcək snayper 4 min dollara sahib olacaq. Həmçinin 4-6-cı yerləri tutacaq idmançılar da pul mükafatı alacaqlar. Onlar müvafiq olaraq, 3, 2 və 1 min dollara yiyələnəcəklər.