15:46 05-01-2016
news_image
628
TOP OYUNLARI

“Lokomotiv”in voleybolçusu milliyə lazım olmadı

Ankarada qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Rioya lisenziya xarakterli yarışda Azərbaycan klublarına məxsus oyunçular da iştirak edirlər.

 

Belə ki, Almaniya millisinin heyətində yer alan “Azəryol”un kapitanı Marin Apitz ilk turu qələbə ilə başa vurub. Onlar Eldar Əliyevin ikinci hakim olduğu qarşılaşmada Hollandiya yığmasını 3:2 hesabı ilə məğlub ediblər. Apitz hər 5 setdə meydanda olub və 3 xal toplayıb.

 

Almaniyalı toppaylayıcıdan fərqli, “Lokomotiv”in Türkiyə millisində çıxış edən oyun qurucusu Özge Kırdar Çemberci “ay-ulduzlular”a fayda verməyib. O, Bakı klubunda əsas heyət üzvü olsa da, Xorvatiyaya 3:0 hesabı ilə qalib gəldikləri görüşdə Naz Aydəmirin “kölgə”sində qalıb.