01:44 06-01-2016
news_image
1887
DİGƏR NÖVLƏR

İki türk idmançının anlaşmazlığı sosial şəbəkədə mövzu oldu - FOTO

Tükiyə millisinin və “Bayer”in üzvü Hakan Çalhanoğlu ilə türk motosikletçi, dəfələrlə qran-pri və dünya çempionluqları olan Kenan Sofuğlu arasında anlaşmazlıq yaşanıb. Apasport.az saytının məlumatına görə, Sofuoğlu feysbuk hesabından şəkil paylaşaraq, Çalhanoğlunun onu tanımadığını, üstəlik ona qarşı hörmətsizlik etidiyini deyib.

 

Belə ki, Almaniyada olan dünya çempionu pərəstişkarı olduğu milli futbolçu ilə görüşmək üçün onunla vatsapp üzərindən əlaqə saxlayıb. Hakan isə onu tanımayıb və nömrəsini hardan aldğını soruşub.

 

Hazırda sosial şəbəkələrin türk istifadəçiləri arasında geniş müzakirə olunan hadisədə bəziləri Kenan Sofuoğlu haqlı sayarkən, bir qism istifadəçilər isə belə açıq şəkildə paylaşım etdiyi üçün onu qınayıblar.