09:21 06-01-2016
news_image
598
STOLÜSTÜ OYUNLAR

Arkadi Naydiç Bazeldən çempion kimi qayıdır

Bazeldə usta şahmatçılar arasında keçirilən festivala yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Azərbaycan millisinin qrossmeysteri Arkadi Naydiç qazanıb.

 

Milliləşdirilmiş legionerimiz 7 görüşdən 5,5 xal toplayıb. Təmsilçimiz son turda Mixaylo Stoyanoviçlə (Serbiya) heç-heçə etməklə çempionluğu bayram edib. Ondan 0,5 xal geri qalan Adrien Demyutlə Bilel Bellasen (hər ikisi Fransa) isə müvafiq olaraq, ikinci və üçüncü yeri tutublar.