10:10 06-01-2016
news_image
596
TOP OYUNLARI

“Lokomotiv”in voleybolçusu yenə “ofsayd”da - FOTO

Ankarada keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın II günündə də Azərbaycan klublarında forma geyinən bir oyunçu meydana çıxıb.

 

Belə ki, Almaniya millisinin şərəfini qoruyan “Azəryol”un kapitanı Marin Apitz Türkiyə ilə qarşılaşmada əvvəldən sonadək komandasına kömək edib. O, 1:3 hesabı ilə uduzduqları görüşdə yalnız 3-cü setdə əvəzetmələrlə meydanda olub. “Ay-ulduzlular”ın heyətində yer alan “Lokomotiv”in toppaylayıcısı Özge Kırdar Çemberci isə yenə də matçı azarkeş kimi izləyib. “Dəmiryolçular”ın böyük məbləğdə pul verdiyi oyunçuya Ferhat Akbaş yenə ehtiyac duymayıb.

 

Qeyd edək ki, A qrupunda yer alan Türkiyə 6 xalla qrup lideri olduğu halda, almanlar 2 xalla 2-cidi.