10:32 06-01-2016
news_image

Bakıda keçiriləcək “Böyük dəbilqə”nin vaxtı dəqiqləşdi

Beynəlxalq Cüdo Federasiyası yeni ilin təqvimini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə keçiriləcək yarışlar arasında Bakıda təşkil olunacaq “Böyük dəbilqə”nin də tarixi dəqiqləşib.

 

Belə ki, ənənəvi olaraq paytaxtımızda baş tutan turnir maya təsadüf edəcək. Mayın 6-da start götürəcək “Böyük dəbilqə” 3 gün sonra başa çatacaq.

 

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk 7 yeri tutanlar, müvafiq olaraq 500, 300, 200, 100 və 80 lisenziya xalı qazanırlar.