10:51 06-01-2016
news_image
889
STOLÜSTÜ OYUNLAR

Yığmamız ilə Afrikada start verəcək: Baş məşqçidən fərqli heyət

Cüdo üzrə Azərbaycan millisi 2016-cı ilə Tunisdə start verəcək. Apasport.az saytının məlumatına görə, hazırda Braziliyada təlim-məşq toplanışında olan yığmamız burada Afrika açıq çempionatına qatılacaq.

 

Komandamızın baş məşqçisi Peter Zayzenbaher artıq “qara qitə”yə yollanacaq heyəti müəyyənləşdirib.

 

Avstriyalı mütəxəssis ilin ilk sınağına ikinci heyətlə start verəcək. O, Tunisdə Vüqar Şirinli, Davud Məmmədov (hər ikisi 60 kq), Telman Vəliyev, İlkin Vəliyev (hər ikisi 66 kq), Fəqan Quluzadə, Vüqar Bayramov (hər ikisi 73 kq), Ziya Namazov (81 kq), Tural Səfquliyev (90 kq), Cəlil Şükürov, Firudun Dadaşov (hər ikisi 100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq) və Xanım Hüseynovaya (63 kq) güvənəcək.

 

Qeyd edək ki, yanvarın 16-da start götürəcək 1 gün sonra başa çatacaq. Turnirə ümumilikdə 52 ölkədən 343 (206 kişi, 137 qadın) cüdoçu qatılacaq.