12:46 06-01-2016
news_image

Azərbaycan milliləri toplanışa start verdilər

Taekvondo üzrə Azərbaycan milliləri təlim-məşq toplanışına start veriblər. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıqda məqsəd yanvarın 16-17-də Türkiyədə keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində uğurlu iştirakdı.

 

Artıq komandamızın İstanbula yollanacağı heyət də açıqlanıb. Radik İsayev (+87 kq) reytinq cədvəlinə əsasən Rioya lisenziya qazandığından yığmamız səfərə 3 taekvondoçu ilə yollanacaq.

 

Belə ki, kişilərdən ibarət millimizin baş məşqçisi Reza Mehmandost Türkiyədə Avropa Oyunlarının qalibi, Dünya Kubokunun sahibi Milad Beigi Harçeqaniyə (80 kq) güvənməyi qərara alıb. Qadınlardan ibarət yığmamızın çalışdırıcısı Sun Mi Park isə Bakı-2015-in mükafatçıları - Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.

 

Millimiz səfərə federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi altında yanvarın 13-də yollanacaq. Komandamızın vətənə dönüşü 5 gün sonraya təsadüf edəcək.