16:05 06-01-2016
news_image

Cüdoçularımız Braziliyada - FOTO

Cüdo üzrə Azərbaycan milli komandası Braziliyanın San-Paulo şəhərində təlim-məşq toplanışını davam etdirir. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında milli komandamızın cüdoçuları – İlqar Müşkiyev, Orxan Səfərov, Hidayət Heydərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Hüseyn Rəhimli, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov, Uşangi Kakouri və Əlixan Həsənovun iştirakı ilə keçirilən toplantı yanvarın 21-dək davam edəcək.

 

Paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev də yığma komandamızla birlikdə Braziliyadadı.

 

Təlim-məşq toplanışı başa çatdıqdan dərhal sonra cüdoçularımız yanvarın 22-24-də Kubada keçiriləcək Qran-pri turnirinə qatılmaq üçün bu ölkəyə yollanacaqlar.