11:50 08-01-2016
news_image
3725
TOP OYUNLARI

“Lokomotiv”in sabiq voleybolçusundan şok iddia: Onlar qəsdən uduzdular

Almaniya millisinin voleybolçusu Lisa Tomsen şok fikirlərlə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Bakının “Azəryol” (hazırkı “Azərreyl” - red) və “Lokomotiv” klublarının şərəfini qorumuş 31 yaşlı libero Türkiyənin qəsdən uduzduğunu iddia edib.

 

O, sosial şəbəkədə açıqlayıb ki, “ay-ulduzlular” Avropa Olimpiya Təsnifat Turnirinin III turunda Hollandiyaya bilərəkdən məğlub olub. Belə ki, türklər Ankarada keçirilən Rioya lisenziya xarakterli yarışda yarımfinala vəsiqəni təmin etdiklərindən qrupdakı son qarşılaşmalarında “narıncılara” qarşı öz oyunlarını göstərə bilməyiblər. Tomsen iddia edir ki, Türkiyə millisi həmin görüşdə çox güc sərf etməyib və feyr-pleyə zidd hərəkət edib.

 

Maraqlıdı ki, “ay-ulduzlular”la görüşə kimi xalı olmayan Hollandiya son oyunda Xorvatiyaya da 3:0 hesabı ilə qalib gəlməklə, 6 xalla yarımfinala vəsiqə qazanıb. Almaniya isə Hollandiya – Türkiyə matçından öncə xorvatları məğlub edərək (3:0), xallarının sayını 5-ə çatdırsa da, qrupda qalıb.

 

Qeyd edək ki, Tomsen Azərbaycan çempionatında “Azərreyl” (2013/2014) və “Lokomotiv”lə (2014/2015) gümüş medal qazanıb.