09:47 11-01-2016
news_image
541
TOP OYUNLARI

“Telekom” Rusiya klubunu yenə məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan Rusiyanın qadın voleybolçulardan ibarət “Proton” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Saratov təmsilçisi Super Liqanın potensial lideri “Telekom”la ikinci dəfə üz-üzə gəlib.

 

İlk matçda 3:1 hesabı ilə qalib gələn Zoran Qayiçin yetirmələri bu dəfə də rəqibindən üstün olub. Bakı klubu birinci hissəni qazandıqdan sonra hesabda geri düşsə də, əzmkar qələbəyə sevinib – 3:2 (26:24; 23:25; 23:25; 25:22; 15:11).

 

Oyunun bombardiri isə yenə komandamızın kapitanı Ana Kliger (Əzimova) olub. O, bu matçı da 22 xalla tamamlayıb. Qonaqların heyətində Anna Makarova ilə Enina Yekaterina məhsuldarlıq nümayiş etdiriblər. Onlar hərəyə 20 dəfə fərqləniblər.

 

“Telekom”un heyətinfə Kseniya İvanoviç 15, Yelizaveta Səmədova ilə Xristina Ruseva hərəyə 13, Qabriela Koeva 6, Olena Həsənova ilə Marqarita Əzizova hərəyə 5 və Lusi Mulsteynova 2 xal əldə edib.

 

“Proton”da çıxış edən Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanova da meydanda olub. 1-ci setdə əvəzetmələrlə, ardınca start heyətdə yer alan təmsilçimiz 6 xalla komandasına kömək edib.

 

Qeyd edək ki, “Proton” bu gün Bakı toplanışını başa vuracaq.