10:26 11-01-2016
news_image
3057
TOP OYUNLARI

Azərbaycan yığmasının hücumçusu “Balıkesir”ə keçdi!

Azərbaycan millisinin voleybolçusu Yana Ağayevanın Çin karyerası uzun çəkməyib. Apasport.az saytının məlumatına görə, oktyabrda “Beijing” klubuna transfer olunan 28 yaşlı hücumçu Pekin klubu ilə müqaviləni qarşılıqlı şəkildə pozub.

 

Bunda Ağayevanın heyətə düşə bilməməsi əsas rol oynayıb. “Beijing” də voleybolçumuz xidmətinə ehtiyac duymadığından ona azad agent statusu verib.

 

Lakin Ağayevanın işsiz günləri çox çəkməyib. Slovakiya əsilli hücumçu yenidən Türkiyəyə üz tutub. Ötən mövsümü Superliqa təmsilçisi “Çanaqkala Bld” bitirən Yana bu dəfə II liqa klubu ilə anlaşıb. 198 sm boya malik voleybolçu “Balıkesir”lə müqavilə bağlayıb. O, hazırda 35 xalla 3-cü pillədə qərarlaşan komanda ilə mövsümün sonuna kimi razılıq əldə edib.

 

Qeyd edək ki, Yana Cənubi Koreyanın “Hyundai” və Polşanın “Atom” klublarında da legioner həyatı yaşayıb.