13:01 11-01-2016
news_image
1039
STOLÜSTÜ OYUNLAR

Milli Vüqar Həşimovun məzarını ziyarət etdi - FOTO

Azərbaycanın şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanı üzvləri, idman ictimaiyyətinin nümayəndələri, eləcə də Vüqar Həşimovun ailəsi mərhum şahmatçının məzarını ziyarət edib, heykəli önünə gül dəstəsi qoyulub.


Anım mərasimində Vüqar Həşimovun karyerası haqda danışılıb. Eyni zamanda qeyd olunub ki, hər ilin aprel ayında Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. 2016-cı ildə də həmin yarışın keçirilməsi üçün lazımi işlər görüləcək.