18:18 11-01-2016
news_image
1169
TOP OYUNLARI

“Telekom” vahid lider oldu - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranan fasilə bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında “Telekom” “Gənclik”i qəbul edib.

 

VII turdan təxirə salınan görüşdə Zoran Qayiçin yetirmələri asan qələbəyə seviniblər.

 

Belə ki, “Gənclik” ilk setdə müqavimət göstərsə də, gücü cəmi 16 xal toplamağa çatıb. İkinci hissə də “Telekom” rəqibindən üstün oyun nümayiş etdirib. Bu dəfə seti 10 top irəlidə bitirən komanda ardınca da inamlı çıxışı ilə azarkeşlərini sevindirib. Üçüncü hissəni 25:12 hesabı ilə aktivinə yazan “rabitəçilər” “quru hesablı” qələbə sayəsində vahid liderliyə yüksəliblər. Onlar ən yaxın izləyiciləri olan “Azərreyl”i 1 xal qabaqlayıblar. 

 

11 yanvar

VII turdan təxirə salınan oyun

“Telekom” – “Gənclik” - 3:0 (25:16; 25:15; 25:12)

“Gənclik” Olimpiya İdman Kompleksi

 

İlk dövrə: “Gənclik” – “Telekom” - 0:3 (17:25, 19:25, 15:25)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

9

7

2

3

3

1

0

1

1

22-11

757-672

20

2

Azərreyl

9

6

3

5

1

0

1

1

1

21-10

727-571

19

3

Lokomotiv

9

5

4

4

1

0

1

1

2

18-13

702-634

16

4

Azəryol

8

5

3

3

1

1

0

3

0

18-12

697-656

14

5

Gənclik

9

2

7

2

0

0

0

0

7

6-21

474-630

6

6

Tbilisi

6

0

6

0

0

0

0

0

6

0-18

251-450

0