12:40 13-01-2016
news_image
590
DİGƏR NÖVLƏR

Fransalı pilotdan növbəti qəza: 1 ölü, 5 yaralı

“Dakar-2016” ralli marafonunun 8-ci mərhələsi ölüm hadisəsi ilə yadda qalıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hadisə Argentinanın Kordova şəhərində baş verib.

 

Belə ki, fransalı pilot Lionel Bodanın idarə etdiyi “Mitsubişi Lanser” markalı avtomobili daşıyan evakuator başqa maşınla toqquşub. Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 5 nəfər isə ağır xəsarət alıb. Bodanın avtomobili evakuatorla Buenos-Ayres şəhərinə aparılaraq, ordan gəmi vasitəsilə Avropaya göndəriləcəkmiş.

 

Qeyd edək ki, yanvarın 9-da “Dakar-2016” ralli marafonunun Boliviyada keçirilmiş mərhələsində məhz Bodanın idarə etdiyi avtomobil 63 yaşlı kişini vuraraq, ölümünə səbəb olmuşdu.