09:29 14-01-2016
news_image
713
TOP OYUNLARI

Azərbaycanlı hakimə daha bir etimad - FOTO

Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə azərbaycanlı hakimə etimad göstərib. Apasport.az saytının məlumatına görə, CEV Avropa Olimpiya Təsnifat Turnirində özünü yaxşı tərəfdən göstərən Eldar Əliyevə Çempionlar Liqasının qrup mərhələsinin oyununu həvalə edib.

 

Beynəlxalq dərəcəli referimiz “Ziraat Bankası” (Türkiyə) – “Fredrişafen” (Almaniya) matçında əsas söz sahibi olacaq. Kişi voleybolçuların yarışında ona köməkliyi italiyalı Fabrisio Saltalippi edəcək.

 

Qeyd edək ki, Ankarada baş tutacaq oyun yanvarın 19-da olacaq.