17:06 14-01-2016
news_image
4793
TOP OYUNLARI

Yelizaveta Səmədova: Buna inanmaq çətin idi - MÜSAHİBƏ

“Telekom” klubunun voleybolçusu Yelizaveta Səmədovanın apasport.az saytına müsahibəsi

 

- Qış fasiləsi artıq başa çatıb. Komandanız bu müddəti necə keçirdi? Həm özünüz, həm də “Telekom” üçün fasiləni necə dəyərləndirirsiz?

- Heç kimə sirr deyil ki, komandamız ötən mövsümlərdən bir qədər fərqlənir. Klubumuzda ulduz legionerlər yoxdu. Lakin komandamız çox yaxşı kollektiv toplayıb. Düşünürəm ki, ən yaxşı komanda yaratmaq üçün ən vacib olanı da budu. 2 təcrübəli oyunçu ona görə heyətə daxil edilib ki, onların yanında inkişaf edək. Komandamızda 2 voleybolçunun isə yenicə 16 yaşı tamam olub. Mövsümün ilk yarısını pis keçirmədik və fasiləyə qələbə ilə yollandıq. Evimizə getdik, yaxşı istirahət etdik və yenidən Bakıya getdik. Hazırlığa da bundan sonra start verdik. Hətta Rusiyanın “Proton” klubu ilə də 2 yoxlama matçında vaxt tapdıq. İndi isə “Fənərbaxça” ilə Çempionlar Liqasının oyununu gözləyirik.

 

- Komandanız çempionatın potensial lideridi. Hərçənd çoxları gənclərdən təşkil olunan “Telekom”dan belə uğurlu çıxış gözləmirdi. Bəs siz özünüz necə gücünüzə inanırdızmı?

- Düzünü deyim ki, mövsümün əvvəlində buna inanmaq çətin idi. Avqustda hazırlığa başlayanda da bütün heyət bir yerdə deyildi, bəzi oyunçularımız yığmaların heyətindəydi. Onlar bizə Bursadakı turnirə yollandıqdan sonra qoşuldular. Biz Türkiyədəki yarışda ikinci olduq. Bundan sonra addım-addım irəliləyib, daha yaxşı oynamağa çıxış etdik.

 

- Super Liqada əsas rəqib kimi hesab edirsiz? Fikrinizcə, çempionluğunuza hansı komanda mane ola bilər?

- Fikrimcə, çempionatdakı əsas rəqibimiz “Azərreyl”di. Mövsümün sonunda pley-off mərhələsi keçiriləcək. Həmin vaxt komandalardan hər biri qalib gəlmək üçün mümkün olan hər şeyi edəcək. Çünki bütün çempionatın yekunu pley-offun nəticəsinə əsasən müəyyənləşəcək.

 

- Super Liqada çempionluqdan başqa, hansısa yer sizi qane edəcəkmi?

- Artıq biz nəyə qadir olduğumuzu bilirik və heç bir komandadan zəif deyilik. Bu üzdən də ancaq birinci yer uğrunda mübarizə aparacağıq.

 

- “Fənərbaxça” ilə oyundan nə gözləyirsiz?

- Baş məşqçimiz Zoran Qayiç həmişə bizdən yaxşı oyun nümayiş etdirməyimizi xahiş edir. “Fənərbaxça” ilə qarşılaşmada da mümkün qədər az səhv edib, ən azı 1 xal qazanmağa çalışacağıq.

 

- Komandanızın Çempionlar Liqasında mərhələ adlamaq şansları cüzüdü. Sizcə bunu reallaşdıra bilərsizmi?

- Yox. Amma daha çox xal toplamaq şansımız var. Çalışacağıq ki, CEV kubokuna gedək.

 

- Bəs qitənin ikinci dərəcəli klub turnirində qələbə qazana bilərsizmi?

- Bu haqda hələ danışmaq tezdi.