09:53 15-01-2016
news_image
4215
STOLÜSTÜ OYUNLAR

“Şəhriyar BMW sürür, mənimsə avtomobilim yoxdu” – 3 qat olimpiya çempionu

Yanvarın 18-də kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Aleksandr Xalifman 50 illik yubileyini qeyd edəcək. Apasport.az saytının məlumatına görə, Rusiya yığmasının heyətində 3 dəfə Olimpiya çempionu olan qrossmeyster ölkəsinin mətbuatına verdiyi müsahibəsində azərbaycanlı şahmatçılarla bağlı da maraqlı məqama toxunub.

 

Həmkarımızın “3 ildi Azərbaycanda çalışırsız. Orada şahmata çox pul xərcləyirlər. Şəhriyar Məmmədyarov “Jaguar”da, Teymur Rəcəbov “Porsche Cayenne”də gəzir” sualını da cavablandıran Xalifman Məmmədyarovun artıq avtomobilini dəyişdiyini açıqlayıb: “Şəhriyar artıq “Jaguar” deyil, BMW-nin “cip”ini sürür. Ora coşğun cənubdu, özünü göstərməlisən. Mənsə belə şeylərdən uzağam. Heç vaxt bahalı maşınım olmayıb, olmayacaq da. Hətta lənətə gəlmiş bankdan pul tökülsə belə bunu etmərəm. Maşın sürmürəm, piyada gəzməyə üstünlük verirəm. Sərnişin kimi məni “Volkswagen Jetta” da qane edir. Bu avtomobili həyat yoldaşım üçün almışam və məni də o gəzdirir”.