13:27 15-01-2016
news_image
765
TOP OYUNLARI

“Azərbaycandakı yarışa mütləq vəsiqə əldə etməliyik”

“Mayda Azərbaycanda Avropa çempionatı keçiriləcək. Bu turnir həmişə böyük önəm kəsb edib. Odu ki, Azərbaycandakı yarışa mütləq vəsiqə əldə etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Bernar Diomed deyib.

 

Fransa yığmasının sabiq futbolçusu ölkəsinin mətbuatına geniş müsahibə verib. O, müsahibəsində mayda 17 yaşlı futbolçular arasında Azərbaycanda keçiriləcək Avropa çempionatına toxunub.

 

Diomed bildirib ki, turnirə vəsiqə əldə etmək üçün sona qədər mübarizə aparacaqlar: “Azərbaycana yollanmaq üçün ilk növbədə, elit-raunddan üzüağ çıxmaq lazımdı. Bu mərhələnin oyunları isə martda Fransada keçiriləcək. Yunanıstan, Avstriya və İslandiya kimi komandalarla üz-üzə gələcəyik. İndiki məqamda birinci hədəfimiz, elit-raundda yaxşı nəticə göstərib, Avropa çempionatına vəsiqə qazanmaqdı. Bunu bacarsaq, təbii ki, ikinci hədəfimiz də olacaq”.

 

Qeyd edək ki, Diomed Fransa millisində 8 oyun keçirib.