00:10 17-01-2016
news_image
664
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov ilk oyununda uduzmadı

Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” superturnirinə start verilib. Apasport.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ilk qarşılaşmasını keçirib.

 

Qrossmeysterimizin rəqibi yerli şahmatçı Lyuk van Veli olub.

 

Qara fiqurlarla oynayan təmsilçimiz gərgin keçən qarşılaşmadan bərabərliklə ayrılıb.

 

“Tata Steel Chess” superturniri

 

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Lyuk van Veli (Hollandiya) – 0.5:0.5