21:35 17-01-2016
news_image

Daha iki idmançımız qızıl medal qazandı

Bu gün Türkiyənin İstanbul şəhərində taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinin növbəti görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü də Azərbaycan yığması üçün uğurlu alınıb.

 

Belə ki, Fəridə Əzizovadan sonra mübarizəyə bu gün qoşulan Patimat Abakarova (49 kq) və Milad Beiqi Harçeqani (80 kq) turinirin qalibi olublar.

 

Finala çıxaraq, Olimpiadaya lisenziyanı rəsmiləşdirən atletlərimiz həlledici görüşdə də qalib gəliblər.

 

Patimat finalda serb idmançı Tiyana Boqdanoviçə qalib gəlib – 6:5.

 

Harçeqani isə polşalı Pyotr Pazinskini 14:2 hesabı ilə darmadağın edərək, qızılı boynundan asıb.