19:51 19-01-2016
news_image
5390
TOP OYUNLARI

"Lokomotiv" pley-offda, "Azərreyl"dən vida - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında V turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur Azərbaycan derbisi ilə yadda qalıb.

 

Super Liqada bir-birinə rəqib olan “Azərreyl”lə “Lokomotiv” növbəti dəfə avrokubokda üz-üzə gəliblər. Qarşılaşma Karlo Parisinin yetirmələrinin inamlı qələbəsi ilə yekunlaşıb.

 

“Lokomotiv” ilk setdə məğlub olmasına baxmayaraq, Bülənt Karslıoğlunun komandasının sevinməsinə imkan verməyib. Ardıcıl 3 hissədə qalib gələn Super Liqanın gümüş medalçısı “Azərreyl”i ilk dövrədə olduğu kimi yenə 3:1 hesabı ilə məğlub edib.

 

Bu qələbə “Lokomotiv”in pley-offa çıxmasını da rəsmiləşdirib. Karlo Parisi avrokubokda debüt görüşündə komandasına 3 xal qazandırdığından son matç onlar üçün formal xarakter daşıyacaq. Əvəzində “Azəryol” Çempionlar Liqası ilə vidalaşıb. Qrupumuzda yer alan Kazan “Dinamo”su bu hüquqa IV turda yiyələndiyindən, “dəmiryolçular” özləri kimi 3 xala malik “Ştutqart”la (Almaniya) mübarizəni CEV kuboku uğrunda davam etdirəcəklər.

 

Qeyd edək ki, “Ştutqart” sabah “Dinamo” ilə, yanvarın 27-də “Azərreyl”lə oynayacaq. Onlar hər 2 görüşü qazansa belə set fərqində “Lokomotiv”dən geri qalacaqlar.

 

Çempionlar Liqası

V tur

 

19 yanvar

A qrupu

“Azərreyl” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan) - 1:3 (25:21; 22:25; 15:25; 14:25)

Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Aleksandr Vinaliyev (Bolqarıstan)

Bakı, “Azərreyl” İdman Bazası

 

1

Dinamo

4

4

0

12-2

344-282

12

2

Lokomotiv

5

3

2

11-8

446-400

9

3

Azərreyl

5

1

4

6-12

365-423

3

4

Ştutqart

4

1

3

3-10

263-313

3