14:55 19-01-2016
news_image

İlin ilk reytinq cədvəli: 2 cüdoçumuz zirvədə

Beynəlxalq Cüdo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yanvar üçün açıqlanan siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu saymaq olar.

 

Bu, millimizin bütün yarışlara qatılmasının nəticəsidi.

 

Belə ki, Peter Zayzenbahirin yetirmələrindən ikisi öz çəki dərəcəsinin ən güclüsüdü. Bunlar Rüstəm Orucovla (73 kq) Elmar Qasımovdu (100 kq).

 

Onlarla yanaşı, Orxan Səfərov (60 kq), həmiçinin Nicat Şıxəlizadə (66 kq) ilk “onluqda”dı. Bu idmançılar müvafiq olaraq, 4-cü və 10-cu yerdədi.

 

Baş məşqçimizin əsasən güvəndiyi digər cüdoçulardan İlqar Müşkiyev (60 kq) 20-ci, Tərlan Kərimov (66 kq) 43-cü, Məmmədəli Mehdiyev 38-ci, Ramin Qurbanov 48-ci (hər ikisi 90 kq), Elxan Məmmədov (100 kq) 20-ci, Uşqanqi Kokauri (+100) 39-cu, Ayşə Qurbanlı (48 kq) 56-cı və Kifayət Qasımova (57 kq) 55-cidi.  

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.