10:24 20-01-2016
news_image
692
TOP OYUNLARI

“Lokomotiv”i növbəti mərhələyə daşıyanlar

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən “Azərreyl” (Azərbaycan) - “Lokomotiv” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3:1 hesabı ilə Karlo Parisinin yetirmələrinin xeyrinə başa çatan qarşılaşmanın ən yaxşı oyunçusu yenə Aneta Havlikova olub.

 

“Lokomotiv”in çexiyalı legioner bu dəfə 21 xal toplamaqla, bombardir adına yiyələnib. Komandanın digər voleybolçularından Aleksandra Srnçeviç 16, Sonya Nyukomb 10, Berit Kauffeldt 7, Yaroslava Pencova 5, Hana Çutura və Özge Kırdar Çemberci hərəyə 3 xala sevinib.

 

“Azərreyl”in heyətində isə kapitan Odina Bayramova fərqlənib. O, rəqibdən cəmi 13 xal almağı bacarıb. Bülənt Karslıoğlunun komandasında Fatu Diuk 12, Madison Kinqdon 11, Cessika Cons (Susan) 9, Straşmira Filipova 5, Nutsara Tomkom 3, Valeriya Məmmədova və Kseniya Pozniyak hərəyə 2 xal yığıb.

 

Qeyd edək ki, bu qələbə “Lokomotiv” pley-offa yüksəldib.