12:47 20-01-2016
news_image
4380
TOP OYUNLARI

“Fənərbaxça”nın hücumçusu azərbaycanlı azarkeşlərə səsləndi: Sizi gözləyirik

“Yanvarın 21-də səfərdə “Telekom”la qarşılaşacağıq. Bakıda tərəfdarlarımız çox olduğunu bilirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın voleybolçusu Meliha İsmailoğlu deyib.

 

İstanbul təmsilçisi sabah Çempionlar Liqasının V turu çərçivəsində “Telekom”la üz-üzə gələcək. 22 yaşlı hücumçu oyun öncəsi görüş barədə fikirlərini açıqlayaraq, Azərbaycandakı azarkeşlərinə səslənib: “Bakıdakı bütün fanatlarımızı oyunda gözləyirik. Məqsədimiz onlara sevinc bəxş etməkdi. İnanıram ki, görüşdən qələbə ilə ayrılacağıq”.  

 

Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində olacaq matç saat 17:00-da başlayacaq.