16:21 20-01-2016
news_image
508
TOP OYUNLARI

“Telekom”un kapitanı: Sonadək mübarizə aparacağıq

“Fənərbaxça çox güclü komandadi. Bu üzdən qarşıdakı oyunda bizə çox çətin olacağını gözləyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Anna Piriyeva (Kleger) deyib.

 

Komandasının kapitanı Çempionlar Liqasının V turu çərçivəsində üz-üzə gələcəklər “Fənərbaxça” ilə görüşə münasibət bildirib. Onun sözlərinə görə, sabah baş tutacaq qarşılaşmada komanda layiqli oyun nümayiş etdirəcək: “Ümid edirik ki, İstanbulda oynadığımız kimi çıxış edə bilərik. Çünki ikinci oyunda  azarkeşlərimiz də oyunboyu bizlə olacaqlar və komandamızı dəstəkləyəcəklər. Biz də öz növbəmizdə sonadək mübarizə aparacağıq”.

 

Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşmada “Telekom” 2:0 hesabı ilə öndə olsa da, yekunda 2:3 hesabı ilə uduzmuşdu.