23:51 20-01-2016
news_image
588
DİGƏR NÖVLƏR

Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini ehtiramla yad edildi - FOTOSESSİYA

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbçilərinin qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi altı il ötür. “Neftçi İdman Klubu” İctimai Birliyinin, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

 

Həm İctimai Birliyin, həm də federasiyanın rəhbərliyi və kollektivi, eləcə də məşqçilər və idmançılar, cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, məzarlar önünə gül-çiçəklər qoyublar.