09:17 21-01-2016
news_image
629
TOP OYUNLARI

“Azərreyl”in CEV kubokuna da getməyi sual altında

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində rəqiblərimizdən “Dinamo” (Rusiya) “Ştutqart”ı (Almaniya) qəbul edib.

 

Bu görüşədək pley-offa vəsiqəni təmin edən Kazan təmsilçisi 5-ci matçını da qələbə ilə başa vurub. Şimal qonşularımız CEV kuboku üçün “Azərreyl”lə mübarizəni davam etdirən “Ştutqart” setə belə həsrət qalıb – 0:3.

 

Bu qələbə “Dinamo”nun növbəti mərhələyə qrup lideri kimi çıxmasını da təmin edib. Onlar üçün son turda “Lokomotiv”lə matç formal xarakter daşıyacaq.

 

Qrupdan CEV kubokuna yollanacaq komandanın adına isə yanvarın 27-də aydınlıq gələcək. Həmin gün Almaniyada “Ştutqart”la “Azərreyl” vəsiqənin taleyinə aydınlıq gətirəcək. İstənilən hesabla qalib gələcək komanda avrokubokda çıxışını davam etdirəcək.  

 

A qrupu

“Dinamo” (Kazan, Rusiya) – “Ştutqart” (Almaniya) – 3:0 (25: 17; 25:11; 27:25)

 

 

1

Dinamo

5

5

0

15-2

421-335

15

2

Lokomotiv

5

3

2

11-8

446-400

9

3

Azərreyl

5

1

4

6-12

365-423

3

4

Ştutqart

5

1

4

3-13

316-390

3

 

Qeyd edək ki, “Lokomotiv” V turda məhz “Azərreyl” üzərində qələbə qazanmaqla, pley-offa yüksəlib.