12:10 21-01-2016
news_image
553
TOP OYUNLARI

Şeyma Bakıda qələbə arzusunda - FOTO

“Növbəti mərhələyə məğlubiyyətsiz yüksəlmək istəyirik. Bu səbəbdən də Bakıda meydana yalnız qələbə üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” klubunun voleybolçusu Şeyma Ercan deyib.

 

22 yaşlı hücumçu Çempionlar Liqasının V turu çərçivəsində qarşılaşacaqları “Telekom”la oyun öncəsi fikirlərini açıqlayıb.

 

O bildirib ki, Bakı klubu ilə qarşılaşma heç də asan keçməyəcək: “Qrupda liderliyimizi davam etdiririk. 1 ay vaxtımız vardı ki, onda da kifayət qədər yaxşı çalışdıq. Milli komandalardan qayıdan oyunçularımızla birgə məşqlərimiz əla keçdi. Bu gün “Telekom”la qarşılaşacağıq. İlk görüşü 3:2 hesabı ilə xeyrimizə bitirmişdik. Kifayət qədər güclü rəqibdi. Məqsədimiz qalib gəlməkdi. İstəyirik ki, son səfər görüşünü də qələbə ilə bitirib, liderliyimizi sübut edək”.  

 

Qeyd edək ki, “Telekom” – “Fənərbaxça” matçı saat 17:00-da başlayacaq.