10:05 22-01-2016
news_image

Azərbaycan yığması Braziliyadan Kubaya gəldi – FOTOSESSİYA

Cüdo üzrə Azərbaycan millisi Braziliyada təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, hazırlıq başa çatdıqdan dərhal sonra yığmamız Kubaya yollanıb.

 

Komandamızın Havanaya gəlməsində məqsəd Qran-Pridə iştirakdı. Millimiz yanvarın 22-24-də burada keçiriləcək Qran-Pri turnirinə qatılacaq.

 

Yarışda baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kakouri (+100 kq) uğur qazanmağa çalışacaqlar.