16:57 22-01-2016
news_image
816
TOP OYUNLARI

“Telekom” darmadağınla yenidən zirvədə - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında bir oyun baş tutub. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Tbilisi” “Telekom”la üz-üzə gəlib.

 

İkinci dövrədən təxirə salınan qarşılaşmada sensasiya baş verməyib. Bir gün öncə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ulduz voleybolçulardan təşkil olunan “Fənərbaxça”ya uduzan “rabitəçilər” inamlı qələbə sayəsində həm bu məğlubiyyəti unutdurub, həm də zirvədəki yerlərini qaytarıblar.

 

Belə ki, görüş Bakı təmsilçisinin hücumları ilə start götürüb. Təcrübəli Zoran Qayiçin göstərişləri ilk dəqiqələrdən bəhrəsini verib. Ardıcıl ikinci gün meydana çıxan “Telekom” birinci seti 14 top fərqi ilə aktivinə yazıb.

 

Gənc voleybolçulardan təşkil olunan komanda növbəti hissələrdə də çətinliklə üzləşməyib. İkinci seti 16 top irəlidə bitirən “Telekom” son hissədə də rəqibinə heç bir şans verməyib. Bu dəfə 25:17 hesabı ilə qalib gələn komanda matçı “quru hesabla” aktivinə yazıb.

 

Beləliklə, aktivindəki xallarının sayını 23-ə çatdıran “Telekom” yenidən zirvəyə qayıdıb. Onlar ən yaxını izləyiciləri “Azərreyl”i 1 xal qabaqlayırlar.

 

22 yanvar

VIII tur

“Tbilisi” – “Telekom” - 0:3 (11:25; 9:25; 17:25)

Voleybol Federasiyasının idman zalı

 

İlk dövrə: “Telekom” - “Tbilisi” – 3:0 (25:13; 25:5; 25:15)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

10

8

2

4

3

1

0

1

1

25-11

832-709

23

2

Azərreyl

10

7

3

6

1

0

1

1

1

24-10

803-624

22

3

Lokomotiv

10

6

4

5

1

0

1

1

2

21-13

777-679

19

4

Azəryol

9

5

4

3

1

1

1

3

0

20-15

802-747

15

5

Gənclik

12

3

9

2

0

1

0

0

9

9-29

663-886

8

6

Tbilisi

7

0

7

0

0

0

0

0

7

0-21

288-525

0