11:46 22-01-2016
news_image
1809
TOP OYUNLARI

Çempionlar Liqasında Azərbaycan klubu üçün 8 potensial rəqib

Qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun yekunlarına əsasən pley-off mərhələsinə yüksələn klubların sayında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin başa çatmasına 1 tur mübarizəni davam etdirəcək komandaların sayı 9-a çatıb.

 

Belə ki, bu siyahıya Azərbaycan klubu da daxil olub. Yarışı Bakı “Lokomotiv”i ilə yanaşı, Kazan və Moskva “Dinamo”ları, “Uraloçka” (hər üçü Rusiya), “Vakıfbank”, “Fənərbaxça” (hər ikisi Türkiyə), “Kasalmaqqiore”, “Pyaçentsa” (hər ikisi İtaliya) və “Volero” pley-offda davam etdirəcək. 3 qrupda isə 6 komanda daha 3 1/6 finalçını, həmçinin ən yaxşı 3-cü yeri sahibini müəyyənləşdirəcək.

 

Qeyd edək ki, Azərbaycan klublarından “Azərreyl” və “Telekom”un növbəti mərhələyə yüksəlməyəcəyi dəqiqləşib. Zoran Qayiçin yetirmələrindən fərqli, “dəmiryolçular”ın CEV kubokunda oynamaq şansı var.