12:11 22-01-2016
news_image
689
TOP OYUNLARI

Rusiyalı məşqçinin “Lokomotiv”ə verdiyi “dəyər” - FOTO

Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Lokomotiv”lə oynayacaq Kazan “Dinamo”su Bakıya ikinci heyətlə gəlmək istəyir. Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Rişat Qilyazutdinov açıqlayıb.

 

O bildirib ki, V turun nəticəsinə əsasən qrup liderliyini və pley-offa vəsiqəni təmin etdiklərindən “Lokomotiv”lə oyunun onlar üçün əhəmiyyəti yoxdu. Təcrübəli mütəxəssis bu səbəbdən də ölkəmizdə ehtiyat qüvvəni sınamaq arzusundadı: “Artıq qarşımızda duran vəzifə yanvarın sonunda ölkə çempionatında keçirəcəyimiz oyunlarda yaxşı nəticə qazanmaqdı. “Lokomitv”lə oyun bizim üçün heç bir əhəmiyyət kəsb etmədiyindən, yəqin ki, Bakıya ikinci heyət gedəcək”.

 

Qeyd edək ki, “Lokomotiv” də Kazan təmsilçisi kimi pley-offa yüksəlib. Komandalar arasında görüş yanvarın 27-nə təsadüf edəcək.