15:08 22-01-2016
news_image
646
DİGƏR NÖVLƏR

Azad Rəhimov Patrik Hikki ilə görüşdü

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasına qatılmaq məqsədi ilə İsveçrənin Lozanna şəhərində səfərdədi.  Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, səfər çərçivəsində  Rəhimov Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro, AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşlər keçirib. 

 

Görüşlər çərçivəsində Bakı-2015 Avropa Oyunlarında yüksək səviyyədə görülmüş işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb. Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula-1 üzrə Qran-pri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.