18:05 22-01-2016
news_image
3316
TOP OYUNLARI

Püşk İspaniya və Fransanı Azərbaycan yığmasına rəqib etdi - FOTO

Avropa Liqasının 2016-cı il üçün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 1 illik fasilədən sonra Azərbaycan da bu yarışda təmsil olunacaq.

 

Lakin 2014-cü ildən fərqli, bu dəfə yalnız qadınlardan ibarət komandamız qitənin ən güclüsü olmaq üçün yarışacaq. Yığmamız mükafat uğrunda mübarizə aparacaq 12 komanda arasında yer alıb. Bu komandalar püşkdə 3 qrupa bölünüb. Millimiz Fransa, İspaniya və Monteneqro ilə birgə B qrupunda yer alıb.

 

Qrup mərhələsinin oyunları 2 dövrədən ibarət olacaq. Belə ki, iyunun 3-5-də Monteneqro, 10-12-də Fransa B qrupunun oyunlarına ev sahibliyi edəcək.

 

Qrupun qalibləri və ən yaxşı ikinci yerin sahibi “Dördlər finalı”na yüksələcək. 150 min avro mükafat fondu olan yarışın həlledici mərhələsi isə iyunun 24-26-na təsadüf edəcək.