19:43 23-01-2016
news_image

Boksçularımız məğlubiyyətlə başladılar

“Baku Fires” Ümumdünya  Boks Seriyasının (WSB) VI mövsümünə start verib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandamız Qazaxıstanın Karaqanda şəhərində yarışın son qalibi “Astana Arlans” klubu ilə qarşılaşıb.

 

Görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. ”Baku Fires”in  heyətində yalnız 64 kq çəki dərəcəsində çıxış edən Heybətulla Hacıəliyev qalib gəlib.

 

Döyüşlərin nəticələri:

 

Astana Arlans - Baku Fires

 

49 kq. Temirtas Jusupov –Cavid Dadaşov 3:0 (50:45, 50:45, 50:45).

 

56 kq. Meirbolat Toitov – Yaraş Məhəmmədov 3:0 (49:44, 50:43, 49:44).

 

64 kq. Asxat Ualixanov – Heybətulla Hacıəliyev 0:3 (47:48, 46:49, 47:48).

 

75 kq. Meyirim Nursultanov – Badri Xardziani 3:0 (49:46, 50:45, 50:44).

 

91 kq. Erkin Muxamedjan – Hacı Murtuzəliyev 2:1 (47:48, 49:46, 48:47).

 

D qrupunun digər oyununda “Puerto Rico Hurricanes” “Uzbek Tigers” klubunu qəbul edəcək.

 

Xatırladaq ki, “Baku Fires” növbəti görüşünü fevralın 5-də Bakıda Özbəkistan komandasına qarşı keçirəcək.