21:49 24-01-2016
news_image
626
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov yenə qələbəyə həsrət qaldı

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirində 8-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçımız Şəhriyar Məmmədyarov bu turda ABŞ təmsilçisi So Uesliylə qarşılaşıb.

 

Şəhriyarın qara fiqurlarla oynadığı qarşılaşma heç-heçə nəticələnib. Bu, Məmmədyarovun turnirdə 4-cü heç-heçəsidi.

 

"Şah" bu oyundan sonra hesabındakı xalların sayını 4-ə çatdırıb.

 

Qeyd edək ki, qrossmeysterimiz turnirdə növbəti oyununu yanvarın 26-da keçirəcək. O, çinli Liren Dinqlə qarşılaşacaq.