09:11 25-01-2016
news_image
303
TOP OYUNLARI

Liderlər mövqeyini qorudu

Kişi basketbolçular arasında Azərbaycan çempionatında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, VIII turun oyunları keçirilib.

 

23-cü dəfə təşkil olunan ölkə birinciliyində baş tutan bu 4 qarşılaşma turnir cədvəlinə təsir etməyib. Belə ki, bütün matçlarda daha yuxarı pillələrdə qərarlaşanlar qalib gəlib.

 

Növbəti qələbələrini qazanan liderlər də mövqelərini qoruyub. Günün ən maraqlı qarşılaşması isə “Siçrayış”la “Dərviş” arasında olub. Bu matçda qalib cəmi 2 xal fərqi ilə üstün olub.

 

VIII tur 

"AZTOP" - "Araz" – 69:31

"NTD" BK - "Baku Oilers" – 107:66

BDU - "Bakı" – 68:103

"Sıçrayış" BK - "Dərviş" – 61:59

 

yer

komanda

O

Q

M

T/F

X

1

NTD

8

7

1

631-451

15

2

Bakı

8

7

1

660-563

15

3

Baku Oilers

8

5

3

571-546

13

4

AzTOP

8

5

3

582-469

13

5

Sıçrayış

8

4

4

573-567

12

6

Dərviş

8

3

5

494-493

11

7

Araz

8

1

7

438-550

9

8

BDU

8

0

8

377-720

8