09:16 25-01-2016
news_image
1389
DÖYÜŞ NÖVLƏRİ

Cüdoçularımız Havanadan 3 medalla qayıdır

Kubanın paytaxtı Havanada keçirilən cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirinin sonuncu günüdə Azərbaycan yığmasının daha 4 cüdoçusu tatami üzərinə çıxıb.

 

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk qarşılaşmasında tatami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Daha sonra xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdıran Məmmədov 1/4 finalda Almaniya təmsilçisi Karl-Riçard Freyə uduzaraq, təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz bu mərhələnin ilk qarşılaşmasında almaniyalı idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə BƏƏ cüdoçusu İvan Remarenkonu ipponla məğlub edən Məmmədov bürünc medala yiyələnib.

 

Digər 3 cüdoçumuz – Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100) və Uşanqi Kokauri (+100) isə mükafatçılar arasında yer ala bilməyiblər.

 

Beləliklə, Kuba Qran-Prisini cüdo üzrə Azərbaycan millisi 3 medalla başa vurub. Məmmədovdan öncə Rüstəm Orucov (73 kq) qızıl və Orxan Səfərli (60 kq) bürünc medal qazanıb. 

 

Qeyd edək ki, yığmamız komanda hesabında 8-ci olub.