09:37 25-01-2016
news_image
491
TOP OYUNLARI

Polina Rəhimova komandasını pley-offa yüksəltdi

Qadın voleybolçular arasında Yaponiya çempionatının əsas mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Totota” 21 turun nəticəsinə əsasən pley-offa vəsiqə qazanıb.

 

Kariya təmsilçisi keçirdiyi son 2 qarşılaşmada qələbə qazanmaqla buna nail olub. Belə ki, “Toyota” öncə “Okayama”nı məğlub edib. Rəhimovanın 55 xal (45 hücum, 3 blok, 7 eys) topladığı matçda komandası 3:2 (25:17; 25:18; 21:25; 31:33; 15:13) hesablı qələbəyə sevinib.

 

Onlar ardınca NEC klubuna heç bir şans verməyərək, 3:0 (25:22; 25:22; 25:21) hesabı ilə qələbə qazanıblar. Polina bu dəfə 19 xalla komandasına kömək edib. 17 dəfə hücumda dəqiq olan hücumçumuz 2 dəfə blokda keçilməz olub.

 

Beləliklə, çempionatın əsas mərhələsində 24 xal toplayan “Toyota” 6-cı yeri tutaraq, pley-offda iştirak etmək hüququ qazanıb. Bu qarşılaşmalar fevralda baş tutacaq.