10:46 25-01-2016
news_image
1237
TOP OYUNLARI

“Azəryol” - “Muşina” matçı litvalıya tapşırıldı

Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyunları üçün hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Bakıda keçiriləcək “Azəryol” - “Muşina” matçını litvalı Audrius Qarqasasa həvalə edib.

 

Polşalılarla görüşdə ikinci hakim funksiyasını isə Kristian Eduard Botezatu (Rumıniya) yerinə yetirəcək.

 

Qeyd edək ki, səfərdə 2:3 hesabı ilə uduzan “Azəryol” “Muşina” ilə yanvarın 26-da üz-üzə gələcək.