13:00 25-01-2016
news_image
725
TOP OYUNLARI

“Bakı klubu ilə görüşdə topa ilk toxunuşdan nə istədiyimizi göstərməliyik” - FOTO

“Telekom”la oyunda çox diqqətli olmalıyıq. “Fənərbaxça” – “Dresdner” matçı tez başladığından oyuna çıxanda komandamıza hansı nəticənin lazım olduğunu biləcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “İmpel” klubunun voleybolçusu Katarjina Skovronska deyib.

 

“Rabitə” ilə Azərbaycan çempionu adını qazanan ulduz oyunçu Çempionlar Liqasında “Telekom”la görüş öncəsi fikirlərini açıqlayıb. Skovronska bildirib ki, qrupda “Fənərbaxça” (Türkiyə) – “Dresdner” (Almaniya) qarşılaşması da onlar üçün çox vacibdi. Çünki istanbullular pley-offa yüksəldiyindən, Almaniya çempionu səfərdə qələbə qazanmağa çalışacaq. “İmpel” kimi aktivində 7 xalı olan “Dresdner” 3 xal qazanacağı halda isə Polşa klubu Çempionlar Liqası ilə vidalaşacaq.

 

“Telekom”la matçın nəticəsindən asılı olmayaraq CEV kubokunda iştirakı təmin edən Skovronska bildirib ki, Bakı klubu ilə görüşdə yalnız qələbə barədə fikirləşirlər: “Azərbaycan klubu ilə oyun bizim üçün çox böyük əhəmiyyətə malikdi. Bu qarşılaşmada topa ilk toxunuşdan nə istədiyimizi göstərməliyik. Matça özümüz diqtə etməliyik. Psixoloji baxımdan da oyuna tam hazırıq. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə sevindiricidi. Ölkə çempionatında son matçdan sonra ağlımızda yalnız “Telekom”du”.

 

Qeyd edək ki, “Telekom” üçün “İmpel”lə oyun formal xarakter daşıyır. Yanvarın 27-də baş tutacaq qarşılaşmada komandamız qələbə qazansa belə avrokubokda mübarizəni davam etdirə bilməyəcək.