11:55 26-01-2016
news_image
460
DİGƏR NÖVLƏR

Beynəlxalq federasiya İslamiadada iştirak edəcəklərini rəsmən açıqladı

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının (İslamiada) proqramında idman növlərindən birinin qalacağı təsdiqlənib. Apasport.az saytının məlumatına görə, mayın 12-22-də baş tutacaq İslamiadada uşu üzə yarışlar təşkil olunacaq.

 

Bunu Beynəlxalq Uşu Federasiyası rəsmən açıqlayıb. Bildirilib ki, 2013-cü ildə İndoneziyada keçirilən İslamiadada siyahıya salınan idmanın bu növü Azərbaycan və İran uşu federasiyalarının müraciəti nəticəsində proqramda saxlanılıb.

 

“insidethegames.biz” saytının yazdığına əsasən, İslamiada-2017-də futbol, tennis, basketbol, oxatma, badminton, üzgüçülük, atçılıq, qılıncoynatma, həndbol, karate, stolüstü tennis, taekvondo, voleybol, ağırlıqqaldırma, suya tullanma və su polosunun da siyahıda qalacağı istisna edilmir.

 

Yarışda 57 ölkənin yığmasının iştirakı planlaşdırılır. 

 

Qeyd edək ki, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov ötən ilin sonunda İslamiadada 5 mindən çox idmançının 20 növ üzrə mübarizə aparacağını açıqlamışdı.