14:42 26-01-2016
news_image
838
TOP OYUNLARI

Çempionlar Liqası: Biri həlledici, ikisi formal

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son tur 3 Azərbaycan klubundan yalnız biri üçün əhəmiyyət kəsb edəcək.

 

Belə ki, V turda “Lokomotiv”ə uduzan “Azərreyl” bu dəfə də eyni aqibəti yaşasa, avrokubokla vidalaşacaq. Almaniyada “Ştutqart”ın qonağı olacaq Bülənt Karslıoğlunun yetirmələri istənilən hesabla qalib gələcəkləri halda çıxışlarını CEV kubokunda davam etdirəcəklər.

 

Çempionlar Liqası ilə 1 tur əvvəl vidalaşan komandanın Bakıdakı kimi rəqibini məğlub etməsi isə heç də asan olmayacaq. Çünki evdə “Lokomotiv”ə qalib gələn “Ştutqart”ın “Azərreyl”ə də ciddi müqavimət göstərəcəyi proqnozlaşdırılır.

 

A qrupunun digər görüşü Bakıda olacaq. Həmin matçda pley-offa vəsiqəni təmin edən 2 komanda - “Lokomotiv”lə Kazan “Dinamo”su üz-üzə gələcək. Paytaxtımızda ikinci heyətlə oynamağı planlaşdıran rusiyalılar məğlub olacaqları halda belə növbəti mərhələyə qrup lideri kimi çıxacaqlar.

 

Çempionlar Liqasındakı digər təmsilçimiz “Telekom” Polşada “İmpel”in qonağı olacaq. Görüş avrokubokda mübarizəni davam etdirmək şansını itirən Bakı klubu üçün təcrübə qazanmaq baxımından əhəmiyyət daşıyacaq. Çünki gənclərdən təşkil olunan komanda qalib gələcəyi halda da ən yaxşın izləyicisi “İmpel”ə çata bilməyəcək. Təcrübəlilərin cəmləşdiyi Vrotslav klubu isə növbəti mərhələyə yüksəlmək şansını davam etdirdiyindən mütləq qələbə qazanmalıdı. Təbii ki, onların pley-off arzusu öz əllərində deyil. Bu, “Fənərbaxça” (Türkiyə) – “Dresdner” (Almaniya) matçının nəticəsindən də asılıdı.

 

 

 

VI tur

27 yanvar

A qrupu

18:00. “Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya)

Hakimlər: Sotirios Delikostidos (Yunanıstan), Miçlik Aqniejka (Polşa)

Bakı, “Azərreyl” İdman Bazası

 

22:00. “Ştutqart” (Almaniya) - “Azərreyl” (Azərbaycan)

Hakimlər: Flipp Şürman (Lixtenşteyn), Saşa Stanisiç (İsveçrə)

Ştutqart, ŞARRena

 

1

Dinamo

5

5

0

15-2

421-335

15

2

Lokomotiv

5

3

2

11-8

446-400

9

3

Azərreyl

5

1

4

6-12

365-423

3

4

Ştutqart

5

1

4

3-13

316-390

3

 

E qrupu

23:30. “İmpel” (Polşa) - “Telekom” (Azərbaycan)

Hakimlər: Vlastimil Kovar (Çexiya), David Qril (Sloveniya)

Vrotslav, “Orbita” Sarayı

 

1

Fənərbaxça

5

5

0

15-3

429-330

14

2

Dresdner

5

3

2

11-10

462-451

7

3

İmpel

5

2

3

8-10

382-410

7

4

Telekom

5

0

5

4-15

355-437

2